İdmançılar Xatirə Muzeyini ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar bir qrup məşqçi və idmançının iştirakı ilə Naxçıvan şəhərində yerləşən Xatirə Muzeyinə ekskursiya təşkil olunub. Naxçıvan Muxtar Respublikası Gənclər və idman Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbir şəhidlərimizin xatirəsini yad etmək, tarixi gerçəklikləri gənc nəsil arasında təbliğ etmək məqsədi daşıyıb.

Muzey ziyarəti zamanı məlumat verilib ki, 20 Yanvar faciəsi ərəfəsində Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə də erməni silahlılarının işğalçı hücumları olub. Naxçıvanda və Bakıda baş verən məlum hadisələrlə bağlı Xatirə muzeyində çoxsaylı eksponatlar var. İştirakçılar muzeyin ekspoziyası ilə yaxından tanış olub, onları maraqlandıran məsələlərlə bağlı ətraflı şəkildə məlumatlandırılıblar.